Adam-madam iyisi gəlir

Babalıq

Adam-madam iyisi gəlir,
Şahqulu-badam iyisi gəlir.

Qoyun üstündə oyun quruldu,
Qurdun, çaqqalın halı duruldu,
Buynuzlu qoçlar bir-bir vuruldu,
Tarixdən edam iyisi gəlir,
Şahqulu-badam iyisi gəlir.

Soymaq, siftəmək bir aparatdan,
Qarı nə umsun bu dəli martdan?
Bu soyhasoydan, bu dartadartdan
Sağlığa xitam iyisi gəlir,
Şahqulu-badam iyisi gəlir.

Xan başımıza çıxan zamandan,
Torpağı, daşı tıxan zamandan,
Boğazından leş, vicdanından qan,
Cibindən haram iyisi gəlir,
Şahqulu-badam iyisi gəlir.

Qarabağ çoxdan al-verə dönüb,
Kərti məmurlar derderə dönüb,
Ləyaqət, şərəf bardürə dönüb,
Ağadan qulam iyisi gəlir,
Şahqulu-badam iyisi gəlir.

Səadət–nağıl, ədalət-kabus,
Mən bu yanda lal, sən o yanda sus,
Saunalarda kirləndi namus,
Bakıdan hamam iysi gəilr,
Şahqulu-badam iysi gəlir.

Sən də cır burdan, Babalıq, yallah,
Bir güman apar, bir də “inşallah”,
Bu cəmiyyətdən bu cür əhvalla,
Daha “vəssalam ” iyisi gəlir,
Şahqulu-badam iyisi gəlir,
Adam-madam iyisi gəlir.

“Xural” qəzeti
il: 9, sayı: 007(415), 20-26 fevral 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button