Adli Mənsur Misirin müvəqqəti prezidenti oldu

Misirin yeni prezidenti04.07.2013

Misir Konstitusiya Məhkəməsinin sədri Adli Mənsur ölkənin müvəqqəti prezidenti kimi and içib. Hərbçilər onun  yeni prezident seçkilərinə kimi hakimiyyətdə saxlamağı düşünürlər.

Xatırladaq ki, bir gün əvvəl «Ərəb baharı»ndan sonra seçilən Məhəmməd Mursi dünən axşam ordu və xalq tərəfindən devrilib.

Misirin ordu komandanı general Əbdül Fəttah  Sisi xalqa müraciət edərək, prezident Məhəmməd Mursinein devrildiyini bildirib: «Mursi Misir xalqının ümidlərini doğrultmadığı üçün ölkə Konstitusiyasının maddələri dondurulub».

Prezidenti təmsil edən «Müsəlman qardaşlar» Mursinin hərbi bazada həbsdə olduğunu bildirib. Bundan əlavə, hökumət başında duran daha iki yüksək çinlinin saxlandıqları da deyilib.

Qahirənin mərkəzində Təhrir meydanında toplaşan on minlərlə Mursi əleyhdarı hərbçilərin bəyanatını sevinclə qarşılayıblar. Bayram şənliyi bütün gecəni davam edib.

Tele-müraciətdə ordu komandanı siyasi böhranın həlli üçün görüləcək tədbirləri bəyan edib:

– Konstitusiyanın maddələri dondurulub. Əsas Qanun  xüsusi yaradılmış komitə tərəfindən bir daha baxışdan keçiriləcək.
– Dövlət idarəsi  müvəqqəti olaraq Ali Konstitusiya Məhkəməsinə həvalə edilib
– Texnokratların  müvəqqəti hökuməti təyin olunacaq və növbədənkənar prezident seçkiləri keçiriləcək.
– Hər bir qanunsuz hərəkətə hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən sərt şəkildə müdaxilə olunacaq
– KİV-də məhdud senzura dövrü başlayır

Qeyd edək ki, «Müsəlman Qardaşlara» məxsus telekanalın yayımını dayandırılıb.

Ölkədə hazırda qarışıqlıqdı. Bir sıra şəhərlərdə Mursi tərəfdarları ilə əleyhdarları arasında toqquşmalar yaşanıb. Ölənlər var.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button