ADR hərəkatı bankların vəziyyətini masaya yatırır

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı “Bankların çağdaş durumu: dəyişikliklər üçün nə etməli?” mövzusunda dəyirmi masa müzakirəsi təşkil edir. ADR Hərəkatının təşəbbüsü və yerli mütəxəssislərin iştirakı ilə təşkil olunan tədbirdə ölkədə bank sektorunun çağdaş durumu və xarici valyuta ilə kredit borcları müzakirə olunacaq. Müzakirələr zamanı bankların xilası və xüsusən də vətəndaşlara güzəştlərin verilməsi formaları ilə əlaqədar mütərəqqi ölkə təcrübələri təqdim ediləcək. Yekunda problemin həlli məqsədilə Azərbaycan Mərkəzi Bankına (AMB), Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP), Banklar Assosiasiyasına (BA) və müvəkkil banklara tövsiyələr ünvanlanacaq. Dəyirmi Masa müzakirəsi mayın 25-də saat 13-dən 15-dək Beynəlxalq Mətbuat Mərkəzində (Bakı şəhəri, Mətbuat prospekti 529, bina 23, 6-cı mərtəbə) keçiriləcək. Mətbuat nümayəndələri Dəyirmi Masaya dəvətlidirlər.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button