Afyonun məşhur otelində min nəfərlik cami

Hacı Tahir Türkiyədə gördüyü xoş münasibəti xural.com-la bölüşüb. Hacı son bir neçə ildir getdiyi və bələdiyyə başqanı ilə dost olduğu Afyon şəhərinin vurğunudur. Xüsusilə, indiki bələdiyyə başqanı Burhanəddin Çobanın vaxtında şəhər gözəlliyi ilə dillər əzbərinə çevrilib. “Hər zaman dostum Əli Acar bəyin sahibi olduğu bu oteldə qalıram. “Alila” otelində içki yox, haram heç nə yox. İnsanlara yüksək səviyyədə qulluq edirlər. Otel Afyonun ən böyük və ən gözəl otelidir. Yeganə oteldir ki, içində min nəfərin namaz qılacağı bir cami var. Təmizlik yüksək səviyyədədir. Kaş ki, bizim ölkəmizdə də bu cür örnək otellər tikiləydi və o otellər imanlı, inanclı insanlara qulluq göstərəydi” – deyən Hacı Tahir şəhərin bələdiyyə başqanından ağızdolusu danışır. Onun dediyinə görə, başqan Afyonu tam cənnətə çevirib. “Bu haqda mütləq Türkiyənin ali rəhbərliyini də məlumatlandıracağam. Onlara təşəkkür eləmək lazımdır ki, bu cür bələdiyyə sədrləri var və onlar Türkiyənin turizm potensialını nümunəvi addımları ilə daha da inkişaf etdirirlər.”

Saytımızda otel haqqında xoş təəssüratlarını bildirdikdən sonra Hacı Tahir fotoları təqdim etdi. Həqiqətən də görünən odur ki, Hacı xoş sözlərində heç də yanılmayıb. Beləliklə, Afyonun ən məşhur oteli:

a a1 a2 a3 a4 a5 a6 a7 a8 a9 a10 a11 a12

 

Şamxal

xural.com

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button