Ağalar Bayramov yazdı: “Ümid sənədir ancaq!..”

“Vallah sözüm tükənibdir,
Billah sözüm tükənibdir.
Mən bilməm nədən danışım.
Bilmirəm nədən danışım.
Südsüz inəklə danışım?
Qurdla qoyunla danışım?
Ya bunların arasında
Oyun-moyundan danışım?” (Məmməd Araz)

…İşğal olunmuş torpaqları qaytarmaq əvəzinə, Prezidentlərin növbəti görüşü üçün yer axtarır ATƏT, Rusiya (!) Torpağı zəbt olunmuşdan işğalçıya kompromis umur bu bəzzadlar (!) Deməli, BMT deyilən bu geydirmə qurum ali məktəblərin sifarişlə idarə olunan Elmi Şurası və sədrin diqtəsi ilə oturub-duran kolxoz İdarə Heyəti imiş. Deməli, BMT-nin 4 qətnaməsi o söz… Sülhlə o torpaqlar tam şəkildə qayıtsa, dünyanın möcüzəsi baş verər. Tarixdə belə hadisə baş verməyib.

Güman yalnız Sənədir, Azərbaycan Əsgəri!!! Qoyma, bu işğal uzansın, qoyma, düşmən sevinsin, qurtar, bu xalqı töhmətdən, qınaqdan, Azərbaycan Əsgəri!!! Heç kəsə ümid olma, özün al qisasını, Azərbaycan Əsgəri!!! Mən Səninlə bir cərgədəyəm!!!

YOXDUR SÖZÜM, YOXDUR DAHA…

P.S. Vyanada bir dəfə olmuşam. Dünyanın ən gözəl şəhəridir, xüsusilə də gecələri. Bu şəhərdən də, gecələrindən də, “Vyana gecələri” romanından da xoşum gəlir, təkcə Vyananın danışıqları ürəyimi açmadı…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button