AGBank-ın yeni saytı – bank xidmətləri üzrə rahat bələdçiniz

Agbank saytAGBank tam yenilənmiş internet saytını istifadəçilərin ixtiyarına verdi

xural-com-a AGBank-dan daxil olan məlumatda bildirilir ki, uzun zamandır, bir qrup dizayner, proqramçı və redaktor yeni saytın yaradılması üzərində çalışırdılar.

Nəhayət, istifadəyə verilən tam yenilənmiş sayt sadəcə fərqli dizaynı ilə deyil, rahat funksionallığı ilə seçilir. Bank məhsullarından istifadə daha rahat və asan olsun deyə saytı yaradanlar istifadəçiləri ən çox maraqlandıracaq bölmələrin sadə və praktik üslubda olmasına diqqət yetiriblər. Saytın maketi hazırlanan zaman istifadəçinin bu sahədə gündəlik tələbatı, apardığı bank əməliyyatları nəzərə alınmışdır. Saytın birinci səhifəsində istifadəçilər yeni bank məhsulları, digər yeniliklər və dəyişikliklər haqqında xəbərlər lentindən məlumat ala biləcəklər. Sayta daxil olan kimi “Mən istəyirəm” menyusu müştərini çətin bank terminlərindən uzaqlaşdıraraq  onu operativ şəkildə axtarılan səhifəyə yönləndirir. İstənilən səhifədən istifadəsi mümkün olan “Axtarış” pəncərəsi sayəsində isə gücünüzə və zamanınıza qənaət etmiş olacaqsınız. Bu da hələ son deyil, yeni saytda gəlirləri, kredit faizlərini və digər parametrləri yerindəcə hesablamaq üçün virtual kalkulyator da yaradılmışdır. Sayt üzərində çalışan komandanın əsas məqsədi yenilənəcək portalın istifadədə rahat və praktik funksionalının yaradılması olub.

Saytın elektron ünvanı: www.agbank.az

Əlavə məlumat üçün AGBank-ın “135” Məlumat Mərkəzi həftənin 7 günü 24 saat müştərilərin ixtiyarındadır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button