Ağstafada silahlı insident

qoşalüləAğstafada silahlı insident olub.
AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qazax rayon sakini Şadət Süleymanov Ağstafa Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək iyulun 31-də rayonun “Ceyrançöl” adlanan ərazisində Dağkəsəmən kənd sakini İmran Qafarovun münaqişə zəminində onu döyməsini və ov tüfəngindən onun istiqamətində havaya atəş açmasını bildirib.
Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Qafarov tutulub və ondan “TOZ-16” markalı tüfəng götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button