Aİ Ali Nümayəndəsinin mətbuat xidməti Əfqan Muxtarlınının həbsi barədə

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə Ali Nümayəndəsinin mətbuat xidməti Azərbaycanda jurnalist Əfqan Muxtarlının həbsi ilə bağlı bəyanat yayıb.

“Azərbaycanda Balakən məhkəməsinin yanvarın 12-də çıxardığı jurnalist Əfqan Muxtarlını azadlıqdan məhrumetmə qərarı Azərbaycanın fundamental insan hüquqlarının təmin edilməsi sahəsində öhdəliklərinə riayət etməsində ciddi problem yaradır.

Muxtarlının Gürcüstanda ehtimal olunan oğurlanması və sonradan Azərbaycanda həbs edilməsi şəffaf araşdırma tələb edir. Azərbaycanda Fundamental azadlıqların həyata keçirilməsi ilə bağlı bütün azadlıqdan məhrumetmə hallarına yenidən baxılmalı, həbs edilənlər isə Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun olaraq azad edilməlidir.(turan.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button