Akif Çovdarov son söz deyir

Sabunçu Rayon Məhləməsində ləğv edilmiş MTN-in generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi davam edir.
Xural.com Musavat.com-a istinadən xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndidilən şəxslər son sözlə çıxış edir.
Vəkil Şahin Rəfiyev bildirib ki, A.Çovdarov ittihamları qəbul etmədiyini, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
Hazırda məhkəmə iclası davam etdirilir.
Bildirək ki, prokuror Akif Çovdarova cəza istəyib. Dövlət ittihamçısı Çovdarovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Prokuror Səlim Məmmədov 12 il, Akif Əliyevlə Orxan Osmanovun isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini lazım bilib.
Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button