Akif Çovdarovun ailəsi yas içərisində, hədəfdə kürəkəndir

covdarov-mehkeme2

MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov həbs edildikdən sonra ailəsi yas içərisindədir. Ailəyə yaxın mənbənin verdiyi məlumata görə, A.Çovdarovun kürəkəni, MTN şöbə rəisi, polkovnik-leytenant, Rəşad Əmircanov vəzifəsindən uzaqlaşdırılandan sonra vəziyyət daha da gərginləşib.

Ailə üzvləri Badamdardakı villalarından çıxıb, hazırda A.Çovdarovun Gürcüstandakı və Bakıdakı biznesini idarə edən qardaşı Asifin evinə sığınıblar. Ailədə R.Əmircanovun da həbsindən narahatdır. Rəşad Əmircanova məxsus Badamdardakı villa möhürlənib.

Onu da əlavə edək ki, Rəşad Əmircanov əvəllər Xüsusi Dövlət Mühafizə Xidmətində işləyib, sonrdan Akif Çovdarov Milli Təhlükəsilik Nazirliyində idarə rəsisi təyin edildikdən sonra, qayınatasının himayədarlığı ilə MTN-ə şöbə rəisi gətirilib.  Hüquq mühafuzə orqanları polkovnik-leytenant Rəşad Əmircanovun Akif Çovdarovun təşkil etdiyi gizli həbsxanalar və müxtəlif cinayət əməllərində iştirakının olduğu təxmin edir.

Rəşad Əmircanov, 1993-1996-cı illərdə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsi sədrinin birinci müavini vəzifəsini tutmuş, ”Əməkdar iqtisadçı”  Əmircan Əmircanovun kiçik oğlu, Dəmirbankın İdarə Heyətinin sədri Roman Əmircanovun, Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru Aqşin Vəliyevin yaxın qohumudur. (Criminal.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button