Akif Çovdarovun gününə düşəsiniz- ƏVƏZ ZEYNALLI

“Sizi Akif Çovdarovun gününə düşəsiniz, boynunuzu bükə-bükə informasiya verəsiniz saytlara”.

Gununsesi.info-nun xəbərinə görə, bu haqda “Xural” qəzetinin baş redaktoru sosial şəbəkədəki səhifəsində belə yazıb:

“İşıq idarəsi səhər saat 05.00-dan işıqları kəsib. Hələ yoxdur. Neçə gündür qaz da yoxdur. Tanriverdi Mustafayev cavab vermir, versə nə dərdə dərman ola bilər ki. Bu istidə işıq vermirsiniz, Baba Rzayev, Allah sizin işığınızı söndürsün! Sizin də Allah qazınızı alsın, Rövnəq Abdullayev, Akif Çovdarovun gününə düşəsiniz, boynunuzu bükə-bükə informasiya verəsiniz saytlara. Bu istidə yolları dağıdır, işıqları kəsir, qazları bağlayırsınız? Niyə?! Bu millət sizə nə pislik edib, a qudurmuşlar?!”

Gülnaz Qənbərli

Gununsesi.info

Əlaqəli məqalələr

1 şərh

  1. Qarğış qədimdən Azərbaycan millətinin hər hansı dərdinə yarayan və o cümlədən sosial-siyasi mübarizədə geniş istifadə olunan bir alətdir!…

    Qarğış olmasa əlacsızlıqdan bu millətin ürəyi dözməyib partlayar!…

    Nə yaxşı ki bizim mədəniyyətdə və adət-ənənədə belə bir ekspressiya aləti var!…

    Yaşasın qarğış!…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button