Akif Çovdarovun oğlu işdən çıxarıldı

Akif Çovdarovun oğlu işdən çıxarıldı

 
MTN-in idarə rəisi, eks-nazir Eldar Mahmudovun “kassiri” kimi tanınan general Akif Çovdarovun oğlu Ruslan Çovdarov Milli Məclis aparatındakı məsləhətçi vəzifəsindən çıxarılıb.
Lent.az-ın məlumatına görə, bu barədə virtualaz.org saytına məlumatlı mənbə bildirib.
Hazırda Milli Məclisin aparatında Akif Çovdarovun qohumu da işləyir, ancaq mənbə onun sonrakı taleyi barədə informasiyaya malik deyil.
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu isə Lent.az-a açıqlamasında iş gününün sonu olduğu üçün xəbəri nə təsdiq, nə təkzib edib, bu barədə sabah açıqlama verəcəyini bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button