Aksiya zamanı döyülən AXCP fəallarının ikisi xəstəxanaya yerləşdirilib

07.03.2012 

Martın 6-da AXCP Gənclər Təşkilatının vicdan məhbuslarına azadlıq şüarı ilə keçirdiyi dinc aksiya zamanı zorakılığa məruz qalan gənclərdən Dəyanət Babayev və Cabbar Salvalanlı xəstəxanaya yerləşdirilib.

D. Babayevin qabırğası sınıb, C.Savalanlı isə başından ciddi xəsarət alıb. Bu barədə Turan-a AXCP-dən bildirilib.

Partiyanın məlumatına görə, aksiya zamanı saxlanılan fəalların hamısı buraxılıb. Gənclərdən Cabbar Savalanlı, Dəyanət Babayev, Saqif Qurbanov, Ziya Zöhrab, Bəhruz Həsənov Yasamal Rayon Məhkəməsi tərəfindən 50, 75 manat məbləğində cərimə olunub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button