ALDP seçkilərin eyni gündə keçirilməsini təklif edir

Azərbaycan Liberal Demokrat Partiyasından (ALDP) xural.com-a daxil olan məlumata görə, partiya sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib. İclasda ictimai-siyasi vəziyyət və Milli Şuranın 23 sentyabr 2017-ci il tarixdə keçirilən mitinqi müzakirə olunub.

Fuad Əliyev bildirib ki, partiya üzvlərinin Milli Şuranın keçirdiyi mitinqdə aktiv iştrakını təqdirəlayiq hesab etmək olar. Biz kimin təşkil etdiyi mitinqi yox, orada səslənən şuarları dəstəkləyirik. Çox təəssüf ki, bu qədər sosial problemlərin mövcud olduğu bir vaxtda vətəndaşlar mitinqə dəstək vermədilər, digər partiyaların üzvləri də mitinqə goşulmadılar. Biz bu mitinqdən çox şey gözləyirdik, amma mitinq istədiyimiz kimi alınmadı.

Daha sonra ictimai-siyasi məsələlər müzakirə olunub. Bələdiyyə və parlament seçkilərinin eyni gündə keçirilməsi ilə bağlı təşəbbüsün irəli sürülməsi müzakirə olunub. Çıxış edənlər qeyd ediblər ki, üç il ərzində dalbadal keçirilən seçkilərə millyonlarla pul xərclənir. Bu milyonlara qənaət etmək üçün bələdiyyə və parlament seçkilərinin eyni ildə, eyni gündə keçirilməsi məqsədəuyğun hesab etmək olardı.

Bununla bağlı dövlət başçısına təkliflər paketinin hazırlanması partiyanın hüquq şöbəsinə tapşırılıb.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button