ALDP təzyiqlərə son qoyulmasını tələb edir

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib. İclasda ictimai-siyasi vəziyyət, partiya üzvlərinə polis tərəfindən olan təzyiqlər və bəzi təşkilati məsələlər müzakirə olunub. ALDP üzvlərinə təzyiqlərlə bağlı bəyanat qəbul olunub.

Xural.com-a partiyanın mətbuat xidmətindən göndərilən bəyanatda deyilir:

 

Mitinqlərdə iştirak edən liberal-demokratlar polis bölmələrinə çağırılır və təzyiqlərə məruz qalılar. Belə ki, İlham Rəsulzadə, İbrahim Kərimov, Sənan Mehdizadə və Tural Cəfərov Milli Şuranın keçirdiyi mitinqdə iştraklarına görə polisə çağırılmışdılar. Baxmayaraq ki, keçirilən mitinqlər icazəlidir, polis bölmələrində onlardan mitinqdə iştrak etməmək barədə ərizələrin yazılması tələb olunmuşdur.

Liberal Demokrat partiyasının üzvləri Azərbaycan vətəndaşları “Sərbəst toplaşmaq haqqında qanuna” əsasən bu İCAZƏLİ mitinqlərdə iştrak ediblər.

Buna baxmayaraq, ALDP Səbail rayon təşkilatının rəhbəri, “BakMilTV” baş redaktoru İlham Rəsulzadə və “BakMilTV” operatoru İbrahim Şahbazov yenidən Səbail rayonu 9-cu Polis bölməsinə çağrılıblar.

ALDP hesab edir ki, bu, həm Azərbaycan vətəndaşlarına qarşı, həm də media nümayəndələrə qarşı polis tərəfindən təzyiqdir.

ALDP hakimiyyəti polis zorakılığına əl atmamaq, müxalif fikirli insanlara düzümlü olmağa və konstitusiyamızın vətəndaşlara verdiyi hüquqların məhdudlaşdırmamağa çağırır.

ALDP müxalifət daxilində bütün neqativ təsirli söz-söhbətlərə son qoymağa və vahid mərkəzdə birləşməyə çağırır.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button