Alfred Nobel kimdir?

Alfred Nobel 1833-cü ildə zəngin bir ailədə anadan olub. Alfred doğulduğunda atası müflisləşmişdi, ailəsinin maddi vəziyyəti yaxşı deyildi. Nobel ailəsi 1837-ci ildə Finlandiyaya, 1842-ci ildə isə Sankt-Peterburqa köçürlər.Sankt-Peterburqda atası Immanuel Nobel bir atelye açır, anası isə bir ərzaq dükanı işlədir.
Alfred Nobel,1852-ci ildə ailəsi tərəfindən Sankt-Peterburqa çağırılır. Nobel, nitrogliserin ilə əlaqədar işlərinə burada davam etməyə çalışır. Ancaq atası Immanuel Nobelin işləri yaxşı getmir. Krım döyüşünün sona çatmasının ardından rus ordusu ata Nobelin firmasından silah tələbini dayandırır. Ata Nobel bir daha müflisləşir. Bundan sonar ata Nobel iki oğlu Alfred və Emil ilə birlikdə Stokholma geri dönür (Robert və Ludvig isə Sankt-Peterburqda qalırlar).

Alfred Nobel, 1863-cü ildən etibarən nitrogliserin ilə əlaqədar işlərinə Stokholmda davam edir. 1864-cü ildə işlərini icra edərkən bir partlama olur. Qəzada kiçik qardaşı Emil ilə birlikdə dörd adam həyatını itirir. Alfred Nobelin Stokholm şəhərində iş görməsi qadağan edilir. Alfred işlərinə Malaren Gölü yaxınlarındakı bir bərədə davam edir…
Nitrogliserini partlayıcı maddə olaraq istifadə etmə yollarını araşdıran Alfred, 1863-cü ildə Stokholmda az miqdarda nitrogliserin əldə etməyə başladı. Bir neçə ay davam edən araşdırmaların sonunda bir partlama ilə laboratoriya yıxıldı. İşlərinə davam edən Alfred Nobel 1865-ci ildə yeni bir fabrik qurdu, bir müddət sonra ikinci fabrikini də açdı.1864-cü ildə araşdırmalarının nəticəsini götürdü və dinamit barıtını tapdı. Araşdırmalarına davam edən Nobel, 1877-ci ildə Balistit adını verdiyi yeni bir növ barıt hazırladı. 1879-cu ildə, Parisdumansız barıt adını verdiyi və bərabər miqdarlarda nitrogliserinle nitroselüloz qarışığından ibarət olan, itələyici barıtı tapdı. Fransaya qarşı qurulan ittifaqda İtaliya ilə əməkdaşlıq edən Nobel, əleyhindəki kampaniyalar nəticəsində Parisi tərk edərək İtaliyanın San-Remo şəhərinə yerləşdi, laboratoriyasını da oraya daşıdı…
Nobel, San Remoda 1896-cı ildə beyin qanaması nəticəsidə öldü. Vəsiyyətində, mirasının Nobel Mükafatlarının institutlaşdırılması istiqamətində istifadə edilməsini və 33.200.000 kronunun hər il insanlığa xidmət göstərənlərə təqdim edilməsini istədi…
Bu mükafatlar – fizika, kimya, tibb və ya fiziologiya, ədəbiyyat və sülhə xidmət olmaq üzrə cəmi beş sahədə veriləcəkdi. Nobelin bu vəsiyyəti əvvəllər böyük mübahisə yaratdı. Ancaq 1900-cü ildə İsveç hökumətinin Nobel Vəqfini qurmasıyla Nobel Mükafatları nizamlı olaraq verilməyə başlandı. Daha sonra 1968-ci ildə İsveç Bankı Alfred Nobelin xatirəsinə bir iqtisadiyyat mükafatı verməyi qərarlaşdırdı, mükafat ilk dəfə 1969-cu ildə verildi. Sintetik bir element olan Nobelium onun xatirəsinə bu ad ilə xatırlanıb. Nobel mükafatları hər il ölüm tarixi olan 10 dekabrda verilir.

Xural” qəzeti,

İl: 9, sayı: 028 (436), 24 -30 iyul  2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button