Ali Məhkəmə NİDA-çıların şikayətini təmin etmədi

nidaVəkil: “Avropa Məhkəməsinə şikayət edəcəyik”

Ali Məhkəmədə hakim Fərhad Kərimov sədrliyi ilə NİDA Vətəndaş Hərəkatının üzvləri – Üzeyir Məmmədli, Rəşad Həsənov və Şahin Novruzlu barəsində olan hökmdən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Prosesdə çıxış edən NİDA üzvləri günahsız olduqları üçün barətverici əsaslarla cinayət təqibinə xitam verilməsini istəyiblər. Ali Məhkəmə onların kassasiya şikayəti təmin etməyib. Vəkil Nemət Kərimli Avropa Məhkəməsinə müraciət edəcəklərini bildirib. 2013-cü ilin martında keçirilən “Əsgər ölümlərinə son” aksiyasından əvvəl və sonra tutulan gənclər kütləvi iğtişaşları təşkil etmə, patlayıcı maddələr saxlama, xuliqanlıq və narkotik ittihamları ilə təqsirli biliniblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadə 8 il, Məmməd Əzizov, Rəşad Həsənov 7 il 6 ay, Bəxtiyar Quliyev, Üzeyir Məmmədli 7 il, Şahin Novruzlu 6 il müddətinə azadlıqdan məhrum edilib. 2014-cü il dekabrın 16-da Bakı Apellyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin “Nida”çı gənclər haqda çıxardığı hökmü qüvvədə saxlayıb. B.Quliyev, Ş.Novruzlu, Ü.Məmmədli və Z. Qurbanlı prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıblar.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button