“Vətəndaş bankdan krediti hansı valyuta ilə götürübsə, o valyuta ilə də qaytarmalıdır”
“Azərbaycanda bankların müştərilərə yalnız dollarla kredit təklif etməsi insan hüquqlarına ziddir”.
Report.az-ın xəbərinə görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.
O bildirib ki, manat və dollar kreditləri məsələsini banklar özləri həll edir:
“Fikrimcə, vətəndaş krediti dollara götürübsə, dollarla, manatla götürübsə, manatla qaytarır. Qayda belədir”.
Banklar tərəfindən müştəriyə yalnız dollarla kreditin təklif edilməsinə gəlincə isə R.Rzayev bildirib ki, bu, vətəndaşın hüququnun pozulmasıdır:
“Lakin məhkəmə bankların daxili işinə müdaxilə edə bilmir”.