Alimlər: Şəkərlə xərçəngi aşkar etmək olar

maqnit

Adi şəkər gələcəkdə maqnit-rezonans tomoqrafiya müayinələrində kontrast maddə ola bilər. İsveçin Lund Universitetinin alimləri bildiriblər ki, orqanizmin adi hüceyrələri ilə müqayisədə xərçəng hüceyrələri şəkəri daha çox toplayır.

“Tomography” jurnalının portalı xəbər verir ki, İsveç alimləri ABŞ-ın Con Hopkins Universitetinin əməkdaşları ilə birgə maqnit-rezonans tomoqrafiyası şəkillərin köməyi ilə aparılan xərçəng şişlərinin diaqnostikası üzrə yeni metod işləyib hazırlayıblar. Bu üsul zamanı kontrast maddə kimi metal deyil, adi qida şəkəri tətbiq olunacaq. Tədqiqatçılar qeyd edir ki, metal əvəzinə şəkərin istifadəsi xəstələrin sağlamlığına daha faydalıdır. Şəkərin köməyi ilə xərçəng şişinin xassələrinin öyrənilməsi hüceyrələrin nə qədər şirin maddə işlətməsindən asılı olacaq. Belə ki, orqanizmin daha çox şəkər qəbul etməsi bədxassəli şişin təhlükəli olduğunu göstərəcək. Bundan əlavə, metal əvəzinə şirin elementin istifadəsi diaqnostika prosesini xeyli ucuzlaşdırır.

Bu sahədə oxşar klinik tədqiqatlar hələ yoxdur, lakin İsveç və amerikalı alimlərin sınağının nəticələri sanballı görünür. Eksperimentlər üç xərçəng xəstəsinin üzərində aparılıb, həmçinin əminlik üçün insanların sağlam toxumaları da yoxlanılıb. Nəticədə xərçəng hüceyrələrinin sağlam toxumalara nisbətən daha çox şəkər udduğu məlum olub.

Azertag.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button