Alimlər uzunömürlülüyün molekulyar genetik əsaslarını öyrənirlər – FOTO

ukryan1Milyonları sevindirəcək bu layihə Azərbaycan Tibb Universitetinin dəstəyilə həyata keçiriləcək

Ukraynalı alimlər Tibb Universitetində qonaq oldular

Xarici akademiklər Azərbaycanda uzun ömürlülüyün sirlərini araşdırırlar

xural.com-a daxil olan məlumata görə, Ukrayna Elmlər Akademiyasının rəhbər nümayəndələri Azərbaycan Tibb Universitetində qonaq olublar. Akademiyanın Gerontologiya İnstitutunun direktoru akademik Vladislav Bezrukov və akademiyanın müxbir üzvü Svetlana Kuznetsova ATU-nun rektoru, akademik Əhliman Əmiraslanovla görüşüblər.

Görüş zamanı qeyd olundu ki, Ukrayna Elmlər Akademiyasının Gerontologiya İnstitutu Azərbaycan Elmlər Akademiyası və Tibb Universiteti ilə birlikdə “Uzunömürlülüyün molekulyar genetik əsaslarının öyrənilməsi” layihəsini icra edir. İki il davam edəcək layihənin əsas məqsədi Azərbaycanda yaşayan uzun ömürlü insanların tibbi göstəricilərinin araşdırılması, biomarkerlərinin tədqiqindən ibarətdir. Bu məqsədlə qonaqlar Azərbaycanın müxtəlif bölgələrinə səfər edərək yaşlı insanlarla görüşlər keçirirlər.

ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov layihənin tibb elmi üçün böyük əhəmiyyət daşıdığını, bu səbəbdənTibb Universiteti əməkdaşlarının da həmin elmi tədqiqatlara qatıldığını bildirdi. Rektor qeyd etdi ki, Azərbaycanın bölgələrində aparılan araşdırmalarda ATU-nun nevropatoloqları, kardioloq və terapevtləri, digər mütəxəssisləri də ukraynalı həmkarları ilə yanaşı iştirak edirlər.

Layihənin Azərbaycan və Ukrayna arasında tibb elmləri, təhsil və səhiyyə sahəsindəki əlaqələrin inkişafına fayda verəcəyini qeyd edən Ə.Əmiraslanov görüş zamanı Tibb Universiteti haqqında qısa məlumatı da qonaqların diqqətinə çatdırdı. Azərbaycanda tibb və əczaçılıq təhsili verən yeganə müəssisə olan ATU-nun professor-müəllim heyəti, tələbələri, uğur və nailiyyətləri haqqında söz salan akademik Ə.Əmiraslanov həmçinin qeyd etdi ki, hazırda universitet nəzdində dörd klinika fəaliyyət göstərir. Bu klinikaların yaradılması ATU-da təhsil və təcrübənin bir araya gətirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi, həmçinin vətəndaşlara yüksək ixtisaslı tibbi yardım səviyyəsinin yaxşılaşdırılmasına xidmət edir.

Rektor Əhliman Əmiraslanov gələcəkdə Ukrayna Elmlər Akademiyasının Gerontologiya İnstitutu ilə birgə beynəlxalq konfransın təşkili, qarşılıqlı mütəxəssis mübadiləsinin həyata keçirilməsi üçün müqavilə hazırlanmasını da məqbul saydı.

Öz növbəsində, ukraynalı akademiklər V.Bezrukov və S.Kuznetsova da belə bir sazişin imzalanmasını vacib saydıqlarını bildirdilər. Onların fikrincə, qarşılıqlı əməkdaşlıq sazişi iki ölkə arasında münasibətlərin genişlənməsinə, elmi təmasların artırılmasına, ikitərəfli layihələrinçoxalmasına təkan vermiş olacaq. Həmçinin, belə təşəbbüslər iki dost ölkə arasında elmi münasibətlərin daha da dərinləşməsinə gətirib çıxaracaq.

Qonaqlar vaxtilə Azərbycanda tibbi araşdırmalar keçirdiklərini, Bakıda yaddaqalan tədbirlərdə iştirak etdiklərini, ümummilli lider Heydər Əliyevlə görüşdükləri haqqında xoş xatirələrini də danışdılar.

xural.com

ukrayna2 ukrayna3 ukryan1

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button