Məhərrəmli – Alışanov davası davam edəcək

qulu-meher-arif-alisanov

Arif Alışanovun Qulu Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayətə baxılacaq məhkəmənin vaxtı açıqlanıb

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (ASC) sədri Arif Alışanovun professor, Əməkdar jurnalist Qulu Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayətə baxılacaq məhkəmənin vaxtı açıqlanıb.

Hüquqşünas Nicat Gözəlovun report.az-a verdiyi məlumata görə, Yasamal Rayon Məhkəməsində keçiriləcək iclas aprelin 8-nə təyin edilib.

Qeyd edək ki, A.Alışanov və Q.Məhərrəmli arasında narazılıq jurnalistin fevral ayında Azərbaycanda televiziyanın kütləvi yayımına başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədən sonra yaranıb. Bundan sonra Alışanov Məhərrəmlini məhkəməyə verib. O, jurnalistdən mülki qaydada dəymiş ziyanın ödənilməsini istəyib. Bununla bağlı A.Alışanov Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Q.Məhərrəmlidən 100 min manat pul tələb edib. A.Alışanovun ərizəsində həmin pulu Körpələr Evinə verəcəyini göstərib. İşə aprelin 7-də hakim Etibar Hümbətovun sədrliyi ilə baxılacaq. Həmçinin A.Alışanov Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Q.Məhərrəmlinin cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında şikayət verib.

Xatırladaq ki, aprelin 1-də A.Alışanovun Q.Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Prosesdə hər iki tərəfin nümayəndələri çıxış edib. İclasda Q.Məhərrəmli iştirak edib, A.Alışanovu isə nümayəndəsi təmsil edib.

İş baxışa götürülməyib. Proses qeyri-müəyyən günə qədər təxirə salınıb. Məhkəmənin təxirə salınmasına səbəb şikayətçinin prosesdə iştirak etməməsi olub. Belə ki, Q.Məhərrəmli A.Alışanovun prosesdə iştirak etməsinə dair vəsatət qaldırıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button