Alman mediası Ərdoğanı ələ saldı- Türkiyə XİN Almaniya səfirini izahata çağırdı – VİDEO

erdogan

Almaniyanın NDR telekanalında Ərdoğanı ələ salan videosüjet yayımlanıb.

2 dəqiqəlik süjetdə Ərdoğan həm də sərt tənqid olunub.

Müəllif Türkiyə prezidentinin mətbuata təzyiqlərindən danışaraq bildirib ki, Ərdoğanın xoşuna gəlməyən mövzulara toxunan jurnalist səhəri gün həbsə göndərilir.

Süjetdən hiddətlənən rəsmi Ankara Almaniyanın Türkiyədəki səfiri Martin Erdmanı Xarici İşlər Nazirliyinə çağırıb. Səfirdən videosüjetlə bağlı izahat istənilib.

«Spiegel»in məlumatına görə, detallar açıqlanmasa da, tərəflərin görüşünün uzun çəkdiyi bildirilir.

Strateq.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button