Almaniya 2020-ci ilə qədər 3,6 milyon qaçqın qəbul edəcək

Süddeutsche Zeitung

Almaniya hökuməti ölkənin 2020-ci ilə qədər ümumilikdə 3,6 milyon qaçqın qəbul edəcəyini gözləyir.

Xural.com report.az-a istinadən xəbər verir ki, bu barədə “Süddeutsche Zeitung” qəzeti Almaniya Maliyyə Nazirliyinin proqnozlarına istinadən yazıb.

Maliyyə Nazirliyinin məlumatına görə, 2016-cı ildən 2020-ci ilə qədər Almaniya hər il təxminən yarım milyon qaçqın qəbul edəcək. Belədə 2015-ci ildə Almaniyaya gələn 1,1 milyon qaçqınla birlikdə ümumi sayı 3,6 milyona çatacaq.

Nazirlikdən nəşrə bildirilib ki, miqrantların göstərilən sayı texniki xarakterli ehtimaldır. Amma rəsmi Berlin rəsmi proqnoz verməkdən boyun qaçırıb. Belə ki, hazırda miqrant axınının həcmini proqnozlaşdırmaq mümkün deyil.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button