Almaniyada “İlhamla irəli” konfransında rüsvayçılıq – Video

Deputat Adil Əliyevin Köln şəhərində təşkil etdiyi tədbirdə gənc mühacirin sürpriz çıxışı aranı qatdı

Bakı Baş Polis İdarəsinin keçmiş rəisi Məhərrəm Əliyevin qardaşı, Milli Məclisin üzvü Adil Əliyevintəşəbbüsü ilə martın 31-də Almaniyanın Köln şəhərində keçirilən tədbirdə böyük qalmaqal yaşanıb.

Bildirilir ki, Adil Əliyev xaricdə yaşyan soydaşlarımızı 31 mart soyqırımı qurbanlarını anmaq adı ilə dəvət etsə də, konfransda “İlhamla irəli” kampaniyası çərçivəsində təbliğat aparıb.

Lakin tədbir iştirakçılarından biri, gənc mühacir Rauf Babayevin çıxışı Adil Əliyevi şoka salıb.

Rauf Babayev Azərbaycanda cümhuriyyətçilik dəyərlərinin Əliyev hakimiyyəti tərəfindən məhv edildiyi, minlərlə insanın öz ölkəsindən didərgin salındığını, gənclərin “İlhamla irəli” getmək istəmədiklərini deyib.

Bundan sonra Adil Əliyev və onun köməkçiləri mikrofonu fərqli fikir söyləyən gəncin əlindən alıblar. Bir neçə nəfər Rauf Babayevi zaldan çıxarıb və ona zor tətbiq edib.

Tədbirə dəvət olunanlar arasında tanınmış ziyalı, 40 ilə yaxındır Almaniyada yaşayan Rövşən Qəmbər də olub. Qeyd edək ki, Rövşən Qəmbər MSDM-in sədri İsa Qəmbərin qardaşıdır.

Rövşən Qəmbər çıxışına görə zorakılıqla üzləşən gənc mühacirə dəstək verib. Bundan sonra Adil Əliyevin köməkçiləri Rövşən Qəmbərin qollarını burub konfransın keçirildiyi binanın kafesinə apararaq, ona fiziki təzyiq göstəriblər.

Həmin anda konfransın keçirildiyi binanın önündə bir qrup siyasi mühacir baş verən olaylara etiraz olaraq aksiya keçirib. Həmin aksiyanın təşkilatçıları – tanınmış siyasi mühacirlər Orduxan Teymurxan və Tural Sadıxlının yaydığı məlumata görə, aksiya vaxtı Adil Əliyevin dəstəsi onlara hücum edib və təhqirlərlə təribata çəkməyə çalışıb. Yalnız Alman polisinin müdaxiləsindən sonra qarşıdurmanı dayandırmaq mümkün olub. (bastainfo.com)


Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button