Altes Şirkətlər Qrupu ilə “Vitr Fitnes” idman klubu barışdı

Altes Şirkətlər Qrupu ilə “Vitr Fitnes” idman klubu arasinda baş verən və böyük narazılıqlara səbəb olan mübahisəyə qarşılıqlı razılaşmaya əsasən son qoyulub.

xural.com-un qaynarinfo.az-a istinadən verdiyi xəbərə görə, bu barədə hər iki şirkətin rəsmi facebook səhifəsində məlumat verilib.

Məlumatda bildirilir ki, bu məsələ ilə bağlı bir çox nüfuzlu şəxslərin tərəfləri barışdırmaq və əməkdaşlığın yeni istiqamətlərini müəyyən etmək üçün etdikləri cəhdlər və xahişlər müsbət nəticə verib və mübahisəyə istər hüquqi, istərsə də faktiki nöqteyi-nəzərdən son qoyulub.

“Vitr Fitnes” idman klubuna icarəyə verilmiş qeyri yaşayış sahəsindəki tikinti-texniki və digər çatışmamazlıqlar aradan qaldırılıb.

Qeyd edək ki, “Vitr Fitnes” idman klubu Altes Plazanın binasında icarə əsasında fəaliyyət göstərir. Tərəflər arasında yaranan mübahisə nəticəsində idman klubunun fəaliyyətində ilin əvvəlindən bəri fasilə yaranmışdı.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button