AMAY Abdulla: “Bəziləri kimi oğurluq, şərəfisizlik etməmişik…”

abdulla 1“Gəldilər kabab iyinə, gördülər ki, eşşşək dağlayırlar”
Şahid: “Firmalar yardılması təklifini “Texnikabank”ın rəhbəri Etibar Əliyev verdi

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə AMAY Ticarət Mərkəzinin rəhbəri, iş adamı Abdulla Abdullayev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Prosesdə şahidlər dindirilib.

Şahid İslah Əhmədov bildirib ki, 2001-2007-ci illər ərzində “Xudafərin” MMC-dəı direktor işləyib. Prokurorun suallarına cavab olaraq qeyd edib ki, şirkətin tikdiyi binadakı mənizllər müştərilərə bağlanmış müqavilələr əsasında satılıb və ödənişlər kassaya mədaxil edilib. O vurğulayıb ki, binanın tikintisinin nə zaman başa çatacağı ilə bağlı müştərilərə konkret vaxt bildirilməyib.
Şahid Tariyel Abbasov ifadəsində qeyd edib ki, onun adına AMAY tivarət mərkəzində obyüktlər olub və həmin əmlak bankdan kredit götürülərkən girov qismində təqdim edilib.
AMAY-dsa sürücü işlədiyini deyən Akif Əliyev bildirdi ki, onun adına “Batabat” firması təsis olunub və ofislər girov qoyulmaqla bankdan kredit götürülərək AMAY-ın tikintisinə sərf edilib.
Hakim şahidə sual verən zaman Abdulla Abdullayev yerindən replika ilə müdaxilə etdi:
– Hörmətli məhkəmə, siz də bilirsiniz ki, biz günahsızıq. Sadəcə ədalətli qərar verməyə çəkinirsiniz. Burada nə var ki, firma yaratmışıq, kredit götürmüşük ki, AMAY-ın tikintisini başa çatdıraq, ödənişi də etmişik. Bəziləri kimi oğurluq eləməmişik, şərəfisizlik etməmişik…
Daha sonra şahid qismində dindirilən Emin Mehdiyev də bildirdi ki, AMAY-da işləyən zaman rəhbərlikdə təmsil olunan Nizami müəllimin təklifi ilə adına firma təsis edilib və “Birlikbank”dan 600 min manat kredit götürülərək ticarət mərkəzinin tikintisinə sərf edilib. O, vurğulayıb ki, kredit onun adına olsa da, nə götürməyib, nə də ödəniş etməyib. Ancaq kredit tamamilə ödənərək borc bağlanıb.
Hüseynov Eldar adlı şahid də eyni məzmunlu ifadə verib. O prokurorun sualına cavab olaraq qeyd edib ki, Mehman Məmmədxanlının (təqsirləndirilən şəxslərdən biri – R.V.) təklifi ilə əmlakı girov qoyularaq kredit götürülüb.
Mehman Məmmədxanlının vəkili həmin kreditdən Mehmana, yaxud kiməsə verib-vermədiyini soruşdu. Şahid belə bir halın olmadığını qeyd etdi.
Vəkil: “Abdulla müəllim burada dəfələrlə təkrarlayıb ki, firmaların yaradılması, kreditlərin götürülməsi onun tapşırığı ilə olub. Prokuror isə israrla şahidlərdən təklifin kimdən gəldiyini soruşur. Ona görə dəqiqləşdiriəm ki, görüm bəlkə Mehman həqiqətən o milyonlarla pulu mənimsəyib…”
Mehman Məmmədxanlının vəkilinin bu sözləri gülüşlə qarşılanıb. Abdulla Abdullayev isə “hamı elə bilirdi orada hamı pul yeyir. Təkcə Azərbaycanda yox, bütün dünyada bilirlər ki, o pulllar hara sərf edilib. Gəldilər kabab iyinə, gördülər ki, eşşşək dağlayırlar” – deyə replika atıb.
Ehtiram Həsrətov və Əhməd Qələndərli şahid ifadələrində AMAY-da işlədiklərini, adlarına firma təsis edilərək müxtəif məbləğlərdə kretit götürülərək AMAY-ın tikintisinə sərf edildiyini və borcun artıq bağlandığını bildiriblər.
AMAY-da satıcı işləyən Rəhman Ağlaraov adlı şahid də eyni məzmunlu ifadə verən zaman prokuror ondan bu məsələdə hansı maraq güddüyünü soruşub: “Sizin nə marağınız var idi ki, adınıza firma təsis edilməsinə və külli miqdarda kredit götürülməsinə razılaşırdınız? Axı siz adi satıcı idiniz, AMAY-ın tikintisinin başa çatmasında nə marağınız var idi?”
Prokurorun sualına Abdulla Abdullayev cavan verdi: “Maraq çörək qazanmaq olub. Rəhman mənim əsgərlik yoldaşım olub. Bu işçilərin hamısı orada işləyib çörək qazanıblar, ona görə də hamısı işin getməsində, tikintinin başa çatmasında maraqlı olublar. Baxıram bu adamların hamısı neçə ildir prokurorluğun istintaqı zamanı qocalıblar ”.
Daha sonra ifadə verən Nazim Fərəcəov bildirdi ki, adına iki şirkət təsis edilib və “Texnibank”dan 1.1 milyon manat kredit götürülüb. Sənədə qol çəksə də, pul bankda qalıb.
Abdulla Abdullayevin köməkçisi olmuş Əşrəf Seyidov da iki şirkət vasitəsilə “Texnikabank”dan kredit götürülərək AMAY-ın tikintisinə sərf edildiyini deyib. Prokuror ona suallar ümvanlayan zaman A.Abdullayev yerindən replika atdı: “Sən ki, mənim köməkçim olmusan, hər şüyin şahidi olmusa, denən də təklif kimdən gəlib, o firmalar niyə yaradılıb?”
Ə.Seyidov bildirdi ki, “Texnibank”ın rəhbəri Etibar Əliyev AMAY-a gələrək, ayrılmış krediti bir dəfəyə verə bilməyəcəyini deyib: “Abdulla müllim dedi ki, AMAY böyük şirkətdir, krediti AMAY-ın adına verin. Etibar Əliyev isə bildirdi ki, birdən birə o qədər krediti bir şirkətə verə bilməz. O, təkilf etdi ki, 40 dənə ayrı firma yaradılsın və hissə-hissə həmin firmaların adına kredit veriləcək. Onun təklifi ilə digər firmalar yaradıldı, kredit götürülərək AMAY-ın tikintisən sərf edildi, banka olan borclar isə bağlandı” – deyə şahid bildirdi.
Daha sonra ifadə verən Bayramov Musa, Məmmədov Elnur və Kazımov da adlarına olan firmalar vasitəsilə bankdan kredit götürüldüyünü təsdiqlədilər.
Məhkəmə prosesi 19 may saat 10.30-da davam edəcək.
A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılaraq, Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Abdulla Abdullayev, Novruzov  Elşən Firudin oğlu, Rzayev Heydər Nizami oğlu, Məmmədxanlı Mehman Əbülfəz oğlu, Qurbanov Vidadi Qəmbər oğlu və İlyasova Nadejda İvanovna təqsirləndirilən şəxs qismində cəlb edilib.
Abdulla Abdullayev Cinayət Məcəlləsinin dələduzluq, mənimsəmə və ya israf etmə, Yalançı sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə əməlləri ilə təqsirləndirilir. Digər təqsirləndirilənlər isə dələduzluq, mənimsəmə və ya israf etmədə təqsirləndirilir.
Təqsirləndirilən şəxslərdən yalnız A. Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.
Rəşad VAQİFOĞLU

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button