AMAY Abdulla: ““Bandotdel” Korrupsiya İdarəsindən ədalətlidir”

abdulla 1Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə AMAY Ticarət Mərkəzinin rəhbəri, iş adamı Abdulla Abdullayev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bizimyol.info xəbər verir ki, prosesdə  zərərçəkən və şahidlər dindirilib.

Atatürk prospekti, 89\78-37 ünvanında “Xudafərin” MMC-nin tikdiyi binadan ev alan E.Rzazadə və M.Rzayev binanın bu günə kimi tam təhvil verilmədiyindən narazı olduqlarını, lakin maddi tələblərinin olmadığını bildiriblər.

2008-2012-ci illərdə “AMAY” MMC-də mühasib vəzifəsində işləmiş Aidə Musayeva şahid qismində məhkəmədə dindirilərkən ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edib. O, mühasib işlədiyi dövrdə heç bir əməliyyat, alqı-satqı olmadığını deyib. A.Abdullayev da şahidin sözünü təsdiqləyərək “2008-ci ilin yayından fəaliyyətimiz dayanmışdı” dedi.

“AMAY” şirkətində mühafizəçi işləyən Nizaməddin Həsənov şahid qismində ifadə verərkən onun adına firma təsis olunduğunu və bankdan kredit götürüldüyünü bildirdi. Dövlət ittihamçısının və hakimin suallarını cavablandırmaqda çətinlik çəkən şahid bunu həyəcanlı olması ilə əlaqələndirdi: “Bura gələndə öz adım da yadımdan çıxdı. O cür insan (A.Abdullayevi göstərir) oradadır. Onun yanında danışmaq mənə çox çətindir. Mənim adıma götürülən 900 min manat pul “AMAY”-ın tikintisinə sərf olunub”.

Şahid Süleyman Əliyev AMAY-da mühafizəçi işlədiyini, adına təsis olunmuş “Pünhan” firması tərəfindən “Tüxnikabank”dan kredit götürülərək AMAY-ın tukintisinə sərf olunduğunu bildirdi.

AMAY-da elektrik işləmiş Məzahir Əliyev də bildirdi ki, onun adına 220 min manat kredit götürülərək eyni məqsəd üçün istifadə olunub və borc bağlanıb.

AMAY-a məxsus beton zavodunda briqadir işləmiş Fəxrədddin İmanovun adına təsis olunmyş firma isə “Tüxnikabank”dan 1 milyon manat götürüb.

Sözügedən şirkətdə işləmiş Rauf Məmmədov, Mais Quliyev, Müşfiq Məhərrəmov da də eyniməzmunlu ifadə verdilər.

Şahid qismində dindirilən Saaatlı rayonundan olan fermer Əlababs Şəmmədov bildirdi ki, 2006-cı ildə “Birlikbank”dan Sahibkarlığa Kömək Milli Fondunun ayırdığı 75 min manat kredit götürüb. “Krediti fermer təsərrüfatına sərf etmək üçün 5 illik götürmüşdüm. Saatlıda istifadəyə az yararlı torpaq götürərək taxıl əkdim. 2009-cu ilə kimi güzəştli qaydada kretitlərimi ğdədəim. 2009-cu ildə isə iqtisadi böhran səbəbilə pulun ödənməsində problem yarandı. Belə ki, alınan məhsulu taxılı alan olmadı. Müxtəlif qurumlara, o cümlədən banka müraciət edərək, problem barədə məlumat verdim. 2010-cu ildə isə ərazini daşqın yuyub apardı. Bu səbəbdən də bütün məhsulum batdı. Bankdan və Fonndaan gəlib çəkiliş apardılar, sənədləşmə apardılar. Ancaq Fonndan belə cavab verdilər ki, müqavilədə fors-major halları nəzərdə tutulmadığından bor ödənməlidir. Bundan sonra kreditin ödənmə vaxtını uzatdılar. İndi yavaş-yavaş krediti ödəyirəm”.

Abdulla Abdullayev bildirdi ki, kreditin uzadılması ilə bağlı qərarı o verib. “Sahibkarlığa Kömək Milli Fondundan ayrılmış kreditlərə görə, fond qarşısında biz – Birlikbank məsuliyyət daşıyırdıq. Yəni müştəri krediti ödəyə bilmirsə, Fond qarşısında heç bir məsuliyyəti yoxdur. Ona görə də krediti ödəyə bilməyən müştərilər olanda mən tapşırıq vermişdim ki, heç kimin evini satdırmayın, iş yerini bağlatdırmayın, camaatı ac qoymayın, hansısa formada kömək edin, vaxtı uzadın və s. Amma prokurorluq, korrupsiya idarəsi bunları fikirləşmir” – deyə A.Abdullayev bildirdi. O, daha sonra vəsatəti olduğunu bildirdi:

“Məhkəmədən xahiş edirəm ki, “sədaqət”, “etibar”, “güvən” sözləri Azərbaycan dilinin leksikonundan çıxarılsın. Bu anlayışları yox olubsa, sözlərin qalmasının nə mənası var?”

Hakim isə bildirdi ki, bu məsələ məhkəmənin səlahiyyətlərinə aid deyil.

Sonuncu şahid Vaqif Mehdiyev ifadəsində adına iki şirkət təsis olunduğunu, “AMAY”-ın tikintisinə görə bankdan 1 milyon 200 min manat pul götürüldüyünü və məbləğin tam ödənildiyini bildirdi.

A.Abdullayev yerindən replika verdi: “Vaqif 15 gün idi “bandotdel”dəydi, dünən buraxıblar. Kreditlə bağlı idi, baxıblar ki müqaviləsi var pul ödənilib, buraxıblar. “Bandotdel” Korrupsiya İdarəsindən ədalətlidir. 15 gün saxladılar, buraxdılar. Amma məni eyni məsələyə görə 15 aydır burada saxlayırlar”.

Məhkəmə prosesi 21may tagrixində davam edəcək.

A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılaraq, Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Abdulla Abdullayev, Novruzov  Elşən Firudin oğlu, Rzayev Heydər Nizami oğlu, Məmmədxanlı Mehman Əbülfəz oğlu, Qurbanov Vidadi Qəmbər oğlu və İlyasova Nadejda İvanovna təqsirləndirilən şəxs qismində cəlb edilib.

Abdulla Abdullayev Cinayət Məcəlləsinin dələduzluq, mənimsəmə və ya israf etmə, Yalançı sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə əməlləri ilə təqsirləndirilir. Digər təqsirləndirilənlər isə dələduzluq, mənimsəmə və ya israf etmədə təqsirləndirilir.

Təqsirləndirilən şəxslərdən yalnız A. Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button