AMAY Abdullanın məhkəməsində şahidlər dindiriləcək

abdulla 1Zərəçəkmişlərin məhkəməyə məcburi gətirilməsi təmin edilmir

Bakı Ağır Cinayətlər Məhkəməsində AMAY Ticarət Mərkəzinin rəhbəri, iş adamı Abdulla Abdullayev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Əfqan Hacıyev iş üzrə zərərçəkmiş şəxslərin məhkəməyə gətirlməsi barədə qərarın hələlik təmin edilmədiyini bildirib.

O, əlavə edib ki, bu səbəbdən növbəti prosesdə şahidlərin dindirilməsinə başlanacaq.

Proses 14 may saat 10.00-da davam edəcək.

A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılaraq, Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Abdulla Abdullayev, Novruzov Elşən Firudin oğlu, Rzayev Heydər Nizami oğlu, Məmmədxanlı Mehman Əbülfəz oğlu, Qurbanov Vidadi Qəmbər oğlu və İlyasova Nadejda İvanovna təqsirləndirilən şəxs qismində cəlb edilib. Abdulla Abdullayev Cinayət Məcəlləsinin dələduzluq, mənimsəmə və ya israf etmə, Yalançı sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə əməlləri ilə təqsirləndirilir. Digər təqsirləndirilənlər isə dələduzluq, mənimsəmə və ya israf etmədə təqsirləndirilir. Təqsirləndirilən şəxslərdən yalnız A. Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.

A.Abdullayevin özü haqqında irəli sürülən ittihamları əsassız sayır və həbsinin iş fəaliyyətilə, həmçinin əmlakına qarşı irəli olan iddialarla  bağlı olduğunu söyləyir.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button