Amerika səfirliyi Əvəz Zeynallını görüşə dəvət edib

amerikaAmerika səfirliyi “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallını görüşə dəvət edib. Dəvət Ə.Zeynallının ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzaya məktubundan sonra edilib. Qeyd edək ki, Ə.Zeynallı səfirə yazdığı məktubunda cərimələri ödəmək üçün ABŞ-dan 19 min manat məbləğində borc istəyib. ABŞ səfirliyinə dəvətlə bağlı açıqlama verən Ə.Zeynallı görüşdə Azərbaycan mətbuatının problemləri və “Xural” qəzetinə olan basqılarla bağlı məlumat verəcəyini bildirib.

Xatırladaq ki, “Xural” qəzeti Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin iddiası əsasında 10 min, KİV-ə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərlinin iddiası əsasında 5 min,  müğənni Nüşabə Ələsgərlinin iddiası əsasında 200 manat cəriməni ödəyə bilmədiyi üçün Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 3 min manat, “Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərovun iddiası ilə 1000 manat cərimə edilib. Oktyabrın 19–da Nərimanov Rayon İcra Şöbəsi məhkəmə hökmünün qüvvəyə minməsini gözləmədən, icra vərəqi təqdim etmədən “Xural” qəzetinin əmlakını müsadirə edib. Oktyabrın 20-dən etibarən mətbəələr heç bir səbəb göstərmədən “Xural” qəzetinin çapından imtina edib.

 

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button