Amerikalı professor Tibb Universitetində mühazirə oxudu

Alvo Weirxural.com-a daxil olan məlumata görə, ATU-nun Onkoloji Klinikasında Amerikanın Tennessee Universitetinin Tibb Elmləri Mərkəzinin direktoru, professor Alvo Weir “Yoğun bağırsaq xərçəngi” mövzusunda mühazirə oxudu.

Mühazirədən əvvəl professor Alvo Weir akademik Əhliman Əmiraslanovla görüşdü. Görüşdə akademik Ə.Əmiraslanov  belə mühazirələrin və qarşılıqlı fikir mübadiləsinin  həkim-mütəxəssislər, o cümlədən rezidentlər üçün əhəmiyyətli olduğunu bildirdi. Akademik Ə.Əmiraslanov həmçinin ATU-nun Onkoloji Klinikası haqqında da qonağa məlumat verdi. “Onkoloji klinikamız 100 çarpayılıqdır. Onkologiya sahəsində elə əməliyyat yoxdur ki, bu klinikada icra olunmasın”.

Qonaq,  professor Alvo Weir Bakını çox sevdiyini, burada olmaqdan məmnun olduğunu bildirdi.

Qeyd edək ki,  professor Alvo Weir  Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti tərəfindən maliyyələşdirilən “Fulbright mütəxxəssis proqramı” çərçivəsində Bakıya gəlib.  Professor 3 həftə ərzində ATU-nun bütün klinikalarında mühazirələrlə çıxış edəcək.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button