Amerikanın CNBC kanalı Əliyevlərin Çirkli Varidatı haqqında proqram hazırlayır

22.02.2012

Amerikanın CNBC kanalının məşhur müxbiri Skot Con dünya üzrə dövr edən “çirkli pullar” haqqında reportaj hazırlayıb. 23 fevralda efirə gedəcək reportajın təqdimat kadrlarında İlham Əliyev ailəsi baş qəhrəman rolundadır.

Video təqdimatda Leyla Əliyevanın lüks həyatı, Əliyevin 11 yaşlı oğlunun Dubayda aldığı villaların kadrları verilib. Xəbərdə deyilir: “Dünyanın ən lüks nöqtələrinə uçan reaktiv təyyarələr, milyon dollarlıq villalar neft zəngini ölkələrin hakim ailələrinin oğurladığı pullarla ödənildi. Ehtimala görə hər il dünya üzrə dövr edən korrupsiya pullarının həcmi 1.5 trilyon dolları keçir. Ölkənin insanları yoxsulluq və təhdid altında yaşayarkən iqtidar ailələri lüks həyatlarını yaşayıb, istədiklərini alırlar.” Xəbərin tam reportajı 23 fevralda CNBC kanalının “Filthy Rich” proqramında.

http://www.youtube.com/watch?feature=player_embedded&v=4KDK8X1MwsQ

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button