Amnesty International Bayram Məmmədov və Qiyas İbrahimovu vicdan məhbusları kimi tanıyıb

“Amnesty International” beynəlxalq hüquq müdafiə təşkilatı mayın 10-da Azərbaycanda həbs edilmiş iki gənc fəal Bayram Məmmədov və Qiyas İbrahimovu vicdan məhbusları elan edib.

Həmçinin təşkilat Azərbaycan hakimiyyətini fəalları azad etməyə və onlara qarşı işgəncə faktlarını araşdırmağa çağırıb. Gənclər qanunsuz narkotik maddə dövriyyəsində ittiham olunurlar. Lakin həbsin əsl səbəbi onların Heydər Əliyevin abidəsinin üzərinə yazı yazmasıdır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button