“AMNESTY İNTERNATİONAL” DAN FRANSAYA SƏRT BƏYANAT

Ötən gün Fransa Senatının qəbul etdiyi qanun layihəsi fikir azadlığını pozur. Bu barədə beynəlxalq Amnesty İnternational təşkilatı bəyan edib.

“Bu qanun reallaşarsa, ictimai müzakirələrə mənfi təsir göstərər və Fransanın söz azadlığına əməl olunması ilə bağlı beynəlxalq öhdəliyinə ziddir”, – təşkilatın Avropa və Mərkəzi Asiya üzrə direktoru Nikola Dakvort bildirib.

“Adamlar Fransada, Türkiyədə və digər ölkələrdə bu məsələ ilə bağlı öz fikirlərini sərbəst ifadə etmək imkanlarına malik olmalıdır”, – o vurğulayıb.

Avropa İnsan Hüquqları Məhkəməsi dəfələrlə bəyan edib ki, fikrin ifadə olunması azadlığı yalnız zərərsiz ideyalara deyil, həm də “dövləti və ya əhalinin hər hansı hissəsini təhqir edən, sarsıdan və ya narahatlıq yaradan” fikirlərə də şamil edilir.

Beynəlxalq hüquq ifadə azadlığı hüququnun məhdudlaşdırılmasına bir halda yol verir ki, bu, digər şəxsin hüquq və reputasiyasına hörmət və ya dövlət təhlükəsizliyinin, ictimai asayişin qorunması üçün zəruridir.

Amnesty International hesab edir ki, indiki halda bu prinsiplərdən heç biri tətbiq olunmur. Beynəlxalq hüquq diskriminasiya, düşmənçilik və ya zorakılığa təhrik edən milli, irqi və ya dini nifrətin qadağan olunmasını dövlətin üzərinə qoyur.

“Real problem 1915-cı ildə ermənilərin qətli və zorla köçürülməsinin soyqırım olmasında yox, Fransa hakimiyyətinin həmin debatlarda söz azadlığını məhdudlaşdırmağa cəhd göstərməsindədir”, – Nikola Dakvort vurğulayıb.

“Fransa hakimiyyəti insan haqları üzrə beynəlxalq öhdəliklərini yerinə yetirə bilmir”, – o vurğulayıb.

CONTACT

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button