Anar Məmmədli həbsxanadan jurnalistləri təbrik etdi

anarƏziz həmkarlar,

Sizi Milli Mətbuatımızın 140 illik yubileyi münasibəti ilə təbrik edirəm.  4-cü hakimiyyət kimi formalaşan jurnalistika uzun illərdir vətəndaşların problemlərinin həllinə yardımçı olub. Jurnalistika çox böyük silahdır. Biz daimi haqqın və ədalətin yanında olmaqla xalqımıza, vətənimizə xidmət etməliyik.  Tərəfsiz və azad mətbuatın inkişafı üçün dəstək olmalıyıq.

Təəssüflər olsun ki, hazırda ölkəmizdə ifadə azadlığına qarşı basqılar davam edir. Jurnalistlər təzyiqə məruz qalır, təqib edilir, həbs olunurlar. Hazırda həbsdə olan Xədicə İsmayıl, Seymur Həzi, Rauf Mirqədirov, Pərviz Həşimlinin timsalında bütün jurnalist həmkarlarımı təbrik edirəm.  Siz Azərbaycanın çağdaş tarixini yazan ləyaqətli və cəsarətli vətəndaşlarsınız.

Tanrı sizə yar olsun!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button