Anar Məmmədli Ali Məhkəmədə

anar məmmədliSMDT işi üzrə Ali Məhkəməyə şikayət verildi

Vəkil Elçi Sadıqov Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin həbsdə olan rəhbəri Anar Məmmədli və digərlərinin barəsində olan hökmdən Ali Məhkəməyə kassasiya şikayəti verib. xural.com saytına məlumat verən vəkil bildirib ki, şikayət artıq məhkəməyə təqdim olunub. Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə SMDT sədri Anar Məmmədli 5 il 6 ay, qurumun icraçı direktoru Bəşir Süleymanlı 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Digər təqsirləndirilən Elnur Məmmədov barəsində 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyənləşdirsə də, onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunub və 2 il müddətinə şərti cəza ilə əvəzlənib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. B.Süleymanlı prezident İlham Əliyevin martın 18-də imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb. Anar Məmmədli hazırda Qaradağdakı 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button