Anar Məmmədlinin mədə ağrıları kəskinləşib

get_img

Vəkil Elçin Sadıqov: Onun müalicəsi və müayinəsi düzgün aparılmayıb

Dekabrın 22-də vəkil Elçin Sadıqov 13 saylı Cəzaçəkmə Müəssisəisəndə vicdan məhbusu Anar Məmmədliylə görüşüb. Bu barədə öz Facebook səhifəsində məlumat paylaşan vəkil deyib ki, jurnalist Əvəz Zeynallı onunla birlikdə görüşə getsə də, buraxılmayıb.

“13 saylı CÇM-nin yolları həmişəki kimi çox bərbad idi. Palçıqlı, daşlı, çala-çuxurlu yollardır. Bəzi yerlərdə yollardan daşları yığırdıq ki, avtomobilin altı sürtülməsin. Birtəhər gedib 13 saylı CÇM-ə çıxdıq. İkimizdə görüş üçün müraciət etdik. Mən vəkili, Əvəz isə dostu kimi. Əvvəl ikimizi də buraxmadılar. Mənə dedilər ki, sizin görüş məktubunuza İmran Tağızadə imza edib. O, indi penitensiar sistemdə işləmir. Ona görə buraxmırıq. Mən bunun qanunsuz olduğunu bildirdim və tələb etdim ki, rəhbərliklə danışsınlar. Vəzifəli şəxs hər dəfə dəyişəndə yenisindən yenə də icazə almaq lazım deyil. Rəhbərliklə məsləhətləşəndən sonra məni buraxdılar. Əvəz Zeynallını isə buraxmadılar”,-deyə vəkil qeyd edib.

Sadıqov Anar Məmmədlinin hamını dünya azərbaycanlılarının həmrəyliyi günü və yeni il bayramı münasibətilə təbrik etdiyini bildirib: “Səhhəti yaxşı deyil. Onun müalicəsi və müayinəsi düzgün aparılmayıb. Mədə ağrıları çox kəskinləşib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button