Anar Mahmudoğlunun təhdid edilməsini Nərimanov Rayon Polis İdarəsi araşdırır

“ASİ” qəzetinin baş redaktoru və “Azadlıq” qəzetinin köşə yazarı Anar Mahmudoğlunun ailəsinin naməlum şəxslər tərəfindən təhdid edilməsi məsələsi Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırılır.


Bu barədə redaksiyamıza məlumatı Əvəz Zeynallının həbsi ilə bağlı yaradılmış İctimai Təhqiqat Qrupunun rəhbəri Əfqan Muxtarlı verib. Ə.Muxtarlının bildirirdiyinə görə, A.Mahmudoğluya edilən təhdid zəngi ilə bağlı araşdırma Nərimanov Rayon 17-ci Polis Bölməsində aparılmalı idi: “Bu gün Anar Mahmudoğlu ilə birgə polis bölməsində olduq. Oradan bizə bildirdilər ki, işi Nərimanov rayon Polis İdarəsi araşdıracaq”.
Ə.Muxtarlı polis idarəsində getdiklərini dedi: “Nərimanov Rayon Polis İdarəsində olduq. İşin icrası polis idarəsinin baş təhqiqatçısı Şəhriyar Əliyevə həvalə edilib. Təhqiqatçı ilə görüşdük. Ş.Əliyevə təklif etdik ki, jurnalist araşdırma qrupu ilə birgə A.Mahmudoğluya təhdid zəngi edilən taksafonun yerləşdiyi əraziyə və müşahidə kameralarının yaddaşına birgə baxış keçirilməsi təmin edilsin. İlkin olaraq Ş.Əliyev təklifimizlə razılaşdı. Lakin o, Polis İdarəsinin rəisinin qəbulundan cıxdıqdan sonra əraziyə birgə baxışın keçirilməsindən imtina etdi”.
Ə.Muxtarlının sözlərinə görə, polis təhqiqatçısı ərazidəki müşahidə kameralarındakı qeydlərin əldə edilməsi üçün müddət lazım olduğunu bildirib: “Təhqiqatçı rəisin yanından çıxdıqdan sonra bildirdi ki, müşahidə kameralarındakı qeydlər yazılı müraciət əsasında götürülə bilər. Biz müraciətin qısa müddətdə hazırlanmasını xahiş etdik və iş gününün sonunda təkrar İdarəyə gəlməyi razılaşdırdıq”.
Daha sonra Təhqiqat Qrupu taksafonun yerləşdiyi əraziyə baxış keçirib: “Araşdırmalarımız zamanı məlum oldu ki, taksofonun yerləşdiyi “Nərimanov” kinoteatrının üstündə müşahidə kamerası var. Taksafondan istifadə etmək istəyən şəxslər həmin kameranın müşahidə ərazisinə düşür. Bundan əlavə, “Nərimanov” parkında quraşdırılan kameranın müşahidə ərazisi qismən taksofonun yerləşdiyi ərazini əhatə edir. Metronun qarşısında quraşdırılan bankomatın kamerası vasitəsi ilə də A.Mahmudoğluya zəng edən naməlum şəxsin kimliyini müəyyən etmək olar ”.
Ə.Muxtarlı Təhqiqat Qrupunun bu məsələyə də həssaslıqla yanaşacağını və hazırlanan hesabata daxil edəcəyini bildirdi.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button