Anası 26 yaşlı övladına böyrəyini bağışladı – FOTO

xəstəyə böyrək köçürüldü 1Tədris Cərrahiyyə  klinikasında  xəstəyə böyrək köçürüldü

Bu günlərdə Azərbaycan Tibb Universitetinin  Tədris Cərrahiyyə  klinikasında universitet  tarixində  ilk  dəfə olaraq   böyrək  transplantasiyası  əməliyyatı  həyata  keçirilmişdir.

xural.com-a daxil olan məlumatda bildirilir ki, 1989-cu  il təvəllüdlü  xroniki  böyrək  çatışmazlığından  əziyyət  çəkən  və   uzun müddətdir ki,  hemodializ  seansları  alan xəstəyə  anasından alınan  böyrək  köçürüldü.  

Övladına  2-ci  dəfə  həyat verən  anadan – donordan  böyrək  alınma  əməliyyatı  Azərbaycanda  ilk dəfə olaraq endoskopik  (retroperitonoskopik)  üsulla  icra  edilmişdir.  Hal- hazırda  donorun  (ana) və  xəstənin  (oğul)  ümumi  vəziyyəti  qənaətbəxşdir.  Əməliyyatda  ATU-nun I cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü,  professor Nuru  Bayramovun  başcılığı  ilə klinikanın  baş  həkimi dos.Asiman Həsənov,  həkim-cərrah  Ruslan Məmmədov, həkim-uroloq  Fikrət Əhmədov, nefroloq  Orxan Quliyev, anestezioloq  Cavid  Paşayev  və  digər  tibb  personalından ibarət heyət  iştirak etmişdir. İstanbul  Bilim Universitetinin  professoru Barış  Akın  ATU-da icra edilən bu ilk  orqan köçürülməsi əməliyyatında  yaxından iştirak edərək  dəstək  olmuşdur.

ATU-nun rektoru,  akademik Əhliman Əmiraslanov böyrək köçürülən xəstəyə və donora baş çəkərək onların vəziyyəti ilə yaxından tanış olmuş, hər ikisinə şəfa diləyərək tezliklə sağalıb yaxınlarına qovuşmalarını arzulamışdır.

Qeyd etmək lazımdır ki, əməliyyatın icra olunduğu ATU-nun Tədris Cərrahiyyə klinikası ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş və yüksək ixtisaslı mütəxəssislərin çalışdığı tibb müəssisəsidir.

xural.com

xəstəyə böyrək köçürüldü xəstəyə böyrək köçürüldü 1 xəstəyə böyrək köçürüldü 2

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button