Anbardakı “NAZ-Lifan”ları dövlət alır

Dekabrın 1-də sağlamlıq imkanları məhdud üç Azərbaycan Vətən Müharibəsi iştirakçısına və hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış bir nəfərə “NAZ-Lifan-320” markalı minik avtomobilləri təqdim olunub.

Qeyd edək ki, “NAZ-Lifan-320” markalı minik avtomobilləri NAxçıvan Avtomobil Zavodu tərəfindən istehsal olunub. Naxçıvan Avtomobil Zavodu isə fəaliyyətini dayandırıb. Böyük ehtimalla, 4 avtomobil anbarda qalmış avtomobillər olub.

01.11.2017-ci il vəziyyətinə zavodun hazır məhsul ehtiyatı 123 ədəd təşkil etmişdi.

Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu “NAZ-Lifan” markalı minik avtomobilləri istehsal edirdi. Avtomobillərin ehtiyat hissələri Çindən idxal olunurdu. Müəssisənin ən iri müştərilərindən biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi idi. Avtomobillər dövlət büdcəsi vəsaitləri hesabına alınaraq əlillərə hədiyyə olunurdu.(azpolitika.info)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button