Ankara terrorunu törədən şəxsin gerçək kimliyi üzə çıxdı

abdulbaki-somer-orta

Ankaranı qana boyayan terrorçu ilə bağlı yeni məlumatlar üzə çıxıb.

Türkiyə mətbuatı xəbər verir ki, 28 nəfərin ölümünə, 61 nəfərin yaralanmasına səbəb olan terroru  baş nazir Əhməd Davudoğlunun elan etdiyi kimi, Saleh Neccar adlı suriyalının yox, Abdülbaki Sömer adlı Türkiyə vətəndaşının törətdiyi məlum olub.

Məlumatlara görə, Sömer Kobanidən Türkiyəyə keçərkən özünü Salih Neccar kimi təqdim edib.

Ankara terroruna görə məsuliyyəti üzərinə götürən, PKK-nın bir qolu olan TAK da partlayışı A.Sönmezin törətdiyini açıqlamışdı. 

Strateq.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button