Ankaradan Moskvaya ultimatum: «Səbrimizin də bir həddi var»

Ankara Moskvanı sakitliyi qorumağa çağırıb. Xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün NTV kanalında canı yayımlanan proqramda Rusiyaya müraciətlə bildirib ki, Türkiyənin səbrinin də bir həddi var.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Çavuşoğlu onu da bildirib ki, Türkiyənin İraqda hərbi heyətini genişləndirməsi təhlükəsizlik sahəsində yaranmış təhdidlərlə bağlıdır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da türk qoşunlarını İraqdan çıxarmayacaqlarını açıqlayıb. Onun sözlərinə görə, qoşunlar ora Bağdad hökumətinin razılığı ilə yerləşdirilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button