“ANS – in bağlanması ilə yaşamasının da bir fərqi yoxdur daha”

23256

“ANS – lə bağlı dava din yox, dən davasıdır”

Milli Teleradio Şurasının verdiyi qərarla ANS televiziyasında Mirşahin Ağayevin müəllifliyi ilə yayınlanan “Hesabat” verlişi  qapadılıb.
Bu verlişin qapadılması söz azadlığının boğulması kimi başa düşülə bilərmi?
 
Moderator.az – a açıqlama verən “Xural”  qəzetinin baş redaktoru Əvəz Zeynallı fərqli fikir səsləndirib:
“ANS – də artıq söz azadlığı məsələsi deyil. ANS də, Mirşahin də söz azadlığını qətl edənlərin səfində çoxdan yer alıb. Mirşahinin “Hesabat” adlı verilişi hər zaman azad sözün və müstəqil medianın əleyhinə olub. Burada söz azadlığı mövzu bəhsi deyil. ANS və Mirşahin də daxil olmaqla ANS rəhbərliyi hakimiyyətdaxili qruplaşmaların sıralarında yer alıblar və dava da bu baxımdan din yox, dən davasıdır. Bir qrup ANS – ə “stavka” edir, Eynullanı da ora göndərir, başqa bir qrup ANS – i bağlamaq istəyir. Açığı, ANS – in bağlanması ilə yaşamasının da bir fərqi yoxdur daha. Onların müstəqil media ilə bağlantıları çoxdan kəsilib…”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button