“ANS-in varidatı uğrunda əməlli-başlı mübarizə gedir” – ANS rəhbərliyindən həyəcan təbili

ANS Şirkətlər Qrupu və Milli Qəhrəman Çingiz Mustafayev adına Fond arxivlərinin təhlükədə olması ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, son zamanlar ANS-ə məxsus maddi və mənəvi irslə bağlı müəllif hüquqlarının kobud surətdə pozulması halları tez-tez müşahidə olunur: «2016-cı ilin iyul ayından sonra isə vəziyyət daha dözülməz şəkil alıb. ANS-in yayımı dayandırıldıqdan sonra bu quruma təzyiqlər intensivləşib. Bu təzyiqlər təkcə inzibati xarakter daşımır. Artıq sanki ANS-in varidatı uğrunda əməlli-başlı mübarizə gedir».

Açıqlamada qeyd edilir ki, şirkətin yerləşdiyi ünvanın qapısını hüquq-mühafizə orqanları möhürləyiblər. Möhürün nə vaxt götürüləcəyi bəlli deyil: «Qapı arxasında isə təkcə ANS-in külli miqdarda vəsait hesabına başa gəlmiş avadanlıqları deyil, həm də 25 illik fəaliyyətinin əsas nəticəsi – Azərbaycanın ən yeni tarixinin qorunub saxlandığı arxiv başlı-başına qalıb».

45586Sənəd müəllifləri vurğulayırlar ki, xüsusi saxlanma rejiminə ehtiyacı olan arxiv 9 aya yaxındır ki, tam baxımsız vəziyyətdə qalıb: «Bu qiymətsiz xəzinə məhvə sürüklənir».

Bəyanatda həmçinin qeyd edilir ki, hətta xadimələri belə, qapalı zonaya çevrilmiş mərtəbəyə buraxmırlar: «Göz bəbəyi kimi qoruduğumuz tarixi fakt və sübutlar gözümüzün qabağındaca sıradan çıxır və nə yazıq ki, biz buna qarşı heç nə edə bilmirik».

Bəyanatın sonunda da televiziya kanallarının ANS-ə məxsus materiallardan icazəsiz istifadə etdiklərini bildirilir. Bununla Azərbaycanın və beynəlxalq qanunların bütün gücündən istifadə edərək mübarizə aparılacağı vurğulanır

 

Azadliq.org

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button