Anti-istiqlalçılar

Müstəqilliyimizin əleyhinə çıxan bu insanlar niyə vəzifə daşıyır?

 Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası haqda Akt 1991-ci il oktyabrın 18-də qəbul edilib. Bu Aktla 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu elan edən ölkəmiz bu il 20 illik yubileyinə hazırlaşır.

Prezident İlham Əliyevin də bu barədə xüsusi sərəncamı var. Sərəncama əsasən, dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünün təntənəli surətdə keçirilməsi üçün tədbirlər paketi qəbul olunub.

Hazırda ölkəboyu yubiley tədbirləri keçirilir, televerilişlər hazırlanır, təbliğat aparılır. Ancaq Müstəqilliyin Bərpası Aktı Milli Məclisdə müzakirəyə çıxarılarkən kimlərin əleyhinə səs verdiyi, kimlərin müstəqilliyimizi istəmədiyi hələ də açıqlanmır.

«Xural» qəzeti olaraq 18 oktyabr 1991-ci ildə Azərbaycanın Dövlət müstəqilliyinin bərpası Aktının əleyhinə səs verən millət vəkillərinin siyahısını təqdim edirik.

Azərbaycanın müstəqilliyi əleyhinə çıxan, ancaq müstəqillik illərində yüksək vəzifələr tutan insanlardan bəzilərinin siyahısını əldə etmişik. Bir daha görün ki, müstəqillik əleyhinə çıxanlar indi haradadır:

 1.1  Arif Rəhimzadə – uzun illərdir ki, hakimiyyətin deputat mandatına layiq görülür, hazırda Milli Məclisdə komitə sədridir;

  1. 2.  Əli Həsənov – Baş nazirin müavini, «Qaçkınkom»un sədri;
  2. 3.  Yaşar Əliyev – Azərbaycanın BMT-dəki nümayəndəsi;
  3. 4.  Abbas Abbasov – baş nazirin sabiq birinci müavini;
  4. 5.  Fikrət Sadıqov – «Azərkimya» DŞ-nin keçmiş prezidenti;
  5. 6.  Samur Novruzov – sabiq nazir, vəfat edib;
  6. 7.  Eldar İbrahimov – deputat, Milli Məclisin Aqrar Siyasət komitəsinin sədri;
  7. 8.  Şaitdin Əliyev – sabiq deputat, Mərkəzi Seçki Komissiyasının üzvü;
  8. 9.  Gülnarə Qurbanova – Şıxəli Qurbanovun qızı;
  9. Mixail Zabelin – YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı;
  10. Soltan Məmmədov – geniş biznes fəaliyyəti göstərməsinə imkan yaradılıb;
  11. Zeynəb Xanlarova – Xalq artisti, Milli Məclisin deputatı;
  12. Madər Musayev – iş adamı, Binəqədi rayonunun deputatı;
  13. Yaşar Rzayev – Lənkəran rayonunun keçmiş icra başçısı;
  14. Gennadi Timoşenko – sabiq deputat;
  15. Həsən Həsənov – keçmiş baş nazir, hazırda Azərbaycanın Macarıstandakı səfiri;
  16. Şair Həsənov – Mənzil Kommunal Təsərrüfatı Komitəsi sədri;
  17. İrşad Əliyev – sabiq Kənd Təsərrüfatı naziri;
  18. Əhməd Əhmədzadə – Su və Meliorasiya komitəsinin sədri;
  19. Aslan Süleymanov – işsiz;
  20. Arif Ağayev – Yasamalın keçmiş icra başçısı;
  21. Şamil Həsənov – Ağcəbədinin keçmiş icra başçısı;
  22. Sahib Əkbərov – Kəlbəcərin icra başçısı;
  23. Tapdıq Kamalov – Milli Məclisin sabiq deputatı;
  24. Rüfət Əsədov – Nazirlər Kabinetində şöbə müdiri;
  25. Tofiq Bağırov – Cəlilabadın keçmiş icra başçısı;
  26. Arif Mövsümov – Nazirlər Kabinetinin sabiq şöbə müdiri, vəfat edib;
  27. Cahangir Hüseynov – Milli Məclisin deputatı;
  28. Mirhəmzə Əfəndiyev – Azərbaycanın Belçikadakı sabiq səfiri;
  29. Telman Orucov – ADP-nin keçmiş katibi;
  30. Çingiz Sadıqov – Tərəqqi Partiyasının sədri.

 1991-ci ildə Milli Məclisdə keçirilən səsvermədə Azərbaycanın müstəqil olub-olmamasını özləri üçün müəyyənləşdirməyən millət vəkillərimiz də vardı.

Səsvermə zamanı bitərəf qalan 6 deputatdan 5-nin adını əldə etmişik:

 1. Arif Əliyev;

2. Rəsul Quliyev;

3. Kamilə Həsənəliyeva;

4. Mübariz Abbasov;

5. Xudaverdi Hənifəyev.

“Xural” qəzeti,

il 9, sayı: 057 (466), 11 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button