Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev və general Teymur Quliyev qandallandılar!

Dünən Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən nazir Eldar Mahmudovun MTN-dəki komandasına qarşı irimiqyaslı həbslərə start verilib.

Strateq.az-ın əldə etdiyi məlumata görə, nazirin vəzifəsindən çıxarıldığı saatlarda Xüsusi Dövlət Mühafizə Xidmətinin, Daxili İşlər Nazirliyinin Baş Prokurorluğun birgə əməliyyat qurupu MTN-in Monitorinq Xidmətinin rəisi general Teymur Quliyevi və Antiterror Mərkəzinin rəis müavini, adı media cameəsinə çox yaxşı tanış olan İlqar Əliyevi, eləcə də daha bir neçə yüksəkrütbəli əməkdaşı həbs ediblər.

İlkin informasiyalara görə, onlar MTN-in imkan və səlahiyyətlərindən yararlanaraq, dövlət başçısının, onun ailə üzvlərinin, eləcə də hakimiyyətdəki yüksək vəzifəli şəxslərin özlərinin və ailə üzvlərinin telefon danışıqlarını dinləyirmişlər.

Həbslərin davam etdiriləcəyi və daha bir neçə generalı da əhatə edəcəyi gözlənilir…

Strateq.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button