Apellyasiya Məhkəməsi dini fəalı həbsdə saxlayıb

Cümə günü Bakı Apellyasiya Məhkəməsi “Müsəlman Birliyi” Hərəkatının üzvü Samir Babayevin 60 sutka həbs qərarı ilə bağlı şikayətini təmin etməyib.

Maştağa qəsəbəsinin sakini S.Babayev fevralın 3-də saxlanılıb. Ertəsi gün Sabunçu Rayon Məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 206-cı (narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə təqsirli bilib. Iddia olunur ki, onun üzərindən narkotik maddə tapılıb. Məhkəmə S.Babayevə 60 sutka inzibati həbs cəzası verib.

Fevralın 16-da Bakı Apellyasiya Məhkəməsində İlqar Murquzovun sədriyilə S. Babayevin şikayətinə baxılıb.

O, ittihamı əsassız sayıb və onda narkotik maddənin olmadığını bildirib. S.Babayevin sözlərinə görə, tutulmasının gerçək səbəbi həbsdəki ilahiyyatçı Taleh Bağırovun tərəfdarı olmasıdır.

Şikayət təmin olunmayıb.(turan.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button