Apelyasiya şıkayətləri təmin olunmadı

“Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallı barəsində Nəsimi Rayon Məhkəməsinin çıxardığı ayrı-ayrı qərarlardan verilən 4 apellyasiya şikayətinə 03.11.2011-də Bak; Apellyasiya Məhkəməsində baxıldı. Qapalı keçirilən məhkəmə iclası saat yarım davam etdikdən sonra şikayətlərin təmin olunmaması ilə bağlı qərar çıxarıb. Ə.Zeynallı məhkəmə salonundan hazırda saxlanıldığı Kürdəxanı təcridxanasına göndərilib.

Prosesdə Əvəz Zeynallının özünün iştirakı təmin edilsə də, məhkəmə prosesi qapalı keçirildiyindən media nümayəndələri və Əvəz Zeynallının yaxınları məhkəməyə buraxılmayıb.
Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının barəsində Nəsimi rayon Məhkəməsinin çıxardığı qərarlardan – barəsində həbs-qətimkan tədbirinin seçilməsi, evində və ofisində aparılan axtarışla bağlı verilən apellyasiya şikayətləri təmin edilməyib. Prosesdən sonra jurnalistin vəkili Elçin Sadıqovun verdiyi məlumata görə, məhkəmənin açıq keçirilməsi barədə vəsatət qaldırılsa da, bu vəsatət təmin edilməyib: “Həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı şikayətin təmin olunmaması ilə bağlı Avropa Məhkəməsinə şikayət veriləcək. Daha sonra evdə və ofisdə aparılmış axtarışlarla bağlı apellyasiya şikayətinə baxıldı və bu şikayətlər də təmin olunmadı. Bu qərardan da şikayət veriləcək.”
Ə.Zeynallı məhkəmə qarşısında prosesi izləməyə gələn həmkarlarına və doğmalarına, “darıxmayın, hər şey yaxşı olacaq” mesajını göndərib. Xatırladaq ki, apellyasiya şikayətləri Əvəz Zeynallının evində, avtomobilində, “Xural” qəzetinin ofisində aparılan axtarışlar və barəsində seçilən həbs-qətimkan tədbiri ilə əlaqədar idi.

Məlumat üçün bildirək ki, Əvəz Zeynallı oktyabrın 28-də Respublika Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən tutularaq həbs olunub. Baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Onun deputat Gülər Əhmədovadan hədə-qorxu tətbiq etməklə 10 min manat rüşvət istədiyi iddia edilir. Əvəz Zeynallı qəti olaraq ilk gündən bu iddiaları rədd edib və siyasi motivlər üzrə həbs olunduğunu önə çəkib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları cinayət işi ilə əlaqədar Əvəz Zeynallının evində, avtomobilində, “Xural”ın ofisində axtarışlar apararaq bəzi əşyaları və külli miqdarda sənəd götürüblər. Məhkəmənin qərarına əsasən, hər üç yerdə külli miqdarda pul və zinət əşyası axtarılıb. Axtarış nəticə verməyib. Nəsimi Rayon Məhkəməsi Əvəz Zeynallı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Xatırladaq ki, “Xural” qəzeti 2002-ci ilin oktyabr ayından həftəlik, 2011-ci il sentyabr ayının 20-dən gündəlik dərc olunurdu. Prerezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə, “Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərova, müğənni Nüşabə Ələsgərliyə olan ümumilikdə 19 min manat məhkəmə cəriməsini ödəyə bilməyib. Nərimanov rayon Məhkəməsinin hakimi Sevinc Quliyevanın Ə.Zeynallının iştirakı olmadan çıxardığı qərar iləPrezident Aparatının rəhbəri Ramiz Mehdiyevin cərimə tələbi oktyabrən 19-da icraata yönləndirilib və  “Xural” qəzetinin əmlakı müsadikrə olunub. Mətbəələr də qəzeti çap etməkdən imtina etdiyinə görə, qəzet oktyabrın 21-dən etibarən fəaliyyətini dayandırıb.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button