ARDNŞ-in 1 milyard dollarlıq stadion tikintisinə “yox” deyirik!!!

Dəyərli dostlar,

Son zamanlar neft gəlirlərinin səmərəsiz və qeyri-şəffaf xərclənməsi adi hala çevrilib. Analoqu olmayan bahali körpülər, yollar, Olimpiya və Diaqnostika mərkəzləri bu qəbildəndir. Son zamanalr ARDNŞ tərəfindən dəyəri 1 milyard dollarlıq stadion tikintisinin başlanması ideyası da neft gəlirlərinin səmərəsiz xərclənməsi və talan edilməsi yönümündə atılacaq növbəti addımdır. Əlbəttə, biz Azərbaycanda idmanın inkişaf etdirilməsi, stadionların tikilməsinə etiraz etmirik. Amma dəyərindən artıq səviyyədə vəsait hesabına başa gələcək, dünyanın ən bahalı stationunun Bakıda inşa etdirilməsi bu ideya müəlliflərinin idmanımıza qayğısından deyil, neft gəlirlərinin asan yolla mənimsənilməsi iştahasından irəli gəlir. İş yerlərinin olmadığı, hər gün səfalətə və aclığa doğru bir addım da sürüklənən Azərbaycan üçün belə bahalı, səmərəsiz layihələrin həyata keçirilməsi adı altında neft gəlirlərinin talanmasına yox demek istəyirsinizsə, bu kampaniyaya qoşulun. Unutmayaq ki, neft gəlirləri həm indiki, həm də bizim gələcək nəsillə məxsusdur. Onun israfsızcasına dağıdılmasına, talan edilməsinə imkan verməyək!!!

“Xural” Oqtay Gülalıyevin və silahdaşlarının başlatdığı bu kampaniyaya qoşulur və dəstək verir!

“Xural” qəzeti
il: 9, sayı: 007(415), 20-26 fevral 2011-ci il


Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button