Arif Hacılı opponentlərindən yazdı – “Dedikləri “İnnovativ texnologiya” budurmu?”

Arif Hacılı opponentlərindən yazdı – “...tamaşa düzəldir”

Müsavat başqanı Arif Hacılı onu hədəfə götürən opponentlərində Facebook vasitəsi ilə yazılı cavab verib. xural.com musavat.com-a istinadən həmin yazını təqdim edir:   

-Müsavatın ölkə tarixinin azsalı demokratik, şəffaf seçkilərindən birini təşkil edən qurultayını saxta adlandırır;
– bu qurultayı keçirən, partiyanın bütün rəhbərliyini əhatə edən Təşkilat Komitəsinin konsensus əsasında qəbul etdiyi qərarlarını qanunsuz elan edir, – paritet əsaslarla formalaşmış komissiyanın videokameralar qarşısında, canlı yayımla keçirdiyi şəffaf seçkilərin nəticələrini qəbul etmir;
-qurultayın sədarətini və katibliyini sənədləri saxtalaşdırmaqda suçlayır;
– partiyanın Məclisini, Divanını, MNTK-  sını, rayon təşkilatını tanımır;
– aylarla hökumət saytlarında və TV kanallarında Müsavata qarşı qarayaxma kampaniyası aparır;
– partiya başqanının müavininə qanunsuz hökm çıxarıldığı məqamda, partiyadan çıxmış və qovulmuş adamlarla birlikdə hakimiyyət mediasını da dəvət edib, partiya qarşısında tamaşa düzəldir;
– üzvü olduğu partiyanın ləğvi üçün Ədliyyə Nazirliyinə müraciət etməklə hədələyir.
– …
Bütün bunlardan sonra ” hakimiyyətin maraqlarına xidmət edirsən”, –  deyənləri “vicdansız”, ona qarşı Nizamnamə tələblərini tətbiq edənləri “diktator” adlandırır.
Dedikləri “İnnovativ texnologiya” budurmu?”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button