Arif Yunus həbsdən buraxıldı-VİDEO

arif-yunus1

Bakı Apellyasiya Məhkəməsi siyasi məhbus Arif Yunus barəsində həbs qətimkan tədbirinin aradan qaldırılmasına qərar verib. Səbəb Arif Yunusun səhhətinin ağırlığı və həbs şəraitində müalicəsinin mümkün olmamasıdır.

Arif Yunusun vəziyyəti oktyabrın 30-da yenidən ağırlaşıb və onu Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürüblər. Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsindən Apelyasiya Məhkəməsinə müraciət daxil olub ki, Arif Yunusun təzyiq problemini yoluna qoymaq mümkün olmayıb, buna görə də məhkəmə onun həbsdə saxlanmasının məqsədəuyğunluğuna baxsın. Apellyasiya Məhkəməsi də bu müraciəti nəzərə alaraq Arif Yunus barəsində həbs qətimkan tədbirinin başqa yerə getməməklə dəyişdirilməsinə qərar verib.

Qərardan sonra Arif Yunus açıqlama verib ki, noyabrın 6-dan aclıq aksiyası keçirir və dərmanların qəbulundan da imtina edib. Arif Yunus özünə və həyat yoldaşı Leyla Yunusa qarşı haqsızlığa, işgəncələrə etiraz etdiyini deyib və bunlara son qoyulmasını tələb edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button